Beynəlxalq banklar informasiya texnologiyalarının tətbiqinə son üç ildə təxminən 1 trilyon dollar sərf ediblər. Bu barədə konsaltinq “Accenture Plc” şirkətinin tədqiqatında deyilir.
"Kommersant.az" xəbər verir ki, 161 iri pərakəndə və kommersiya bankının yalnız 19-u böyük dəyişikliklərə imkan verən rəqəmli strategiyalara lazımi diqqət yetirir.
İyirmi bir ölkədə fəaliyyət göstərən bu maliyyə təşkilatları 2011-ci ildə eyni kapital gəliri (return on equity, ROE) göstəricisi ilə xarakterizə olunub.
Texnologiyaların tətbiqi üçün xərclərin 1 trilyon dollar məbləğində qiymətləndirilməsi bütün dünyanın pərakəndə və kommersiya banklarının investisiyalarını əhatə edir və daxili və kənar aparat vasitələri, proqram təminatı, xidmətlər və İT heyəti xərclərini özündə birləşdirir.
Nyu-Yorkda yerləşən ABŞ-ın iri "JPMorgan Chase" bankı texnologiyalara xərclərin həcminə görə maliyyə müəssisələri arasında liderdir. Fevralda şirkət cari ildə texnologiyalar üçün xərclər büdcəsinin 600 milyon dollar artırılaraq 11,4 milyard dollara çatdırılmasının planlaşdırıldığını açıqlayıb.