USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ata Holding” zərər açıqladı

26.06.2019 Bank
0 0
“Ata Holding” MMC 2018-ci ili 8 milyon 725 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, holdinq 2017-ci ili “AtaBank”ın satışı ilə əlaqədar olaraq 123 milyon 597 min manat xalis mənfəətlə bağlamışdı.

“Kommersant.az” holdinqin illik hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə 23 milyon 847 min manat təşkil etmiş gəlirlər 2018-ci ildə 31 milyon 178 min manata yüksəlib. Satışın maya dəyəri xaric ümumi mənfəət isə 19 milyon 272 min manatdan 26 milyon 557 min manata yüksəlib. Buna baxmayaraq əməliyyat xərcləri holdinqin ümumi mənfəətindən çox olub. Belə ki, 38 milyon 218 min manat əməliyyat xərclərinə görə, “Ata Holding”in 11 milyon 661 min manat əməliyyat zərəri yaranıb. 3 milyon 7 min manat maliyyə gəlirləri hesabına zərər azalaraq 8 milyon 725 min manata düşüb.

31 Dekabr 2018-ci il tarixində “Ata Holding” MMC 96 milyon 726 min manat cəmi aktivlərə malik olub. Holdinq 2017-ci ilin sonunda 99 milyon 921 min manat cəmi aktivlərə malik olub.