USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bakı Metropoliteni”nin yığılmış zərəri 427 milyon manata çatıb

28.06.2019 Bank
0 0
“Bakı Metropoliteni” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2 409,498 milyon manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,8% çoxdur.

2018-ci ildə "Bakı Metropoliteni"nin cəmi öhdəlikləri 0,7% artaraq 57,051 milyon manat, cəmi kapitalı isə 4,9% artaraq 2 352,446 milyon manat, o cümlədən nizamnamə kapitalı 6,3% artaraq 2 779,056 milyon manat olub.

2018-ci ildə nəqliyyat müəssisəsinin sərnişindaşımadan gəliri 54,186 milyon manat (2017-ci ilə nisbətən 22,25% çox), dövlət büdcəsindən aldığı subsidiya 48,8 milyon manat (8,45% çox), sair əməliyyat gəlirləri 5,763 milyon manat (8,25% çox), istifadə etdiyi material ehtiyatlarının dəyəri 6,643 milyon manat (8,8% çox), istifadə etdiyi neft məhsullarının dəyəri 467 min manat (12% çox), istifadə etdiyi elektrik enerjisinin dəyəri 11,408 milyon manat (0,2% az), istifadə etdiyi qazın dəyəri 225 min manat (8,7% çox), istifadə etdiyi suyun dəyəri 4,117 milyon manat (1% az), işçi heyəti üzrə xərcləri 44,195 milyon manat (7,45% çox), torpaq, tikinti və avadanlıq üzrə amortizasiya xərcləri 85,144 milyon manat (4,65% çox), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 123 min manat (22,15% az), tikinti və avadanlığın qalıq dəyəri 833 min manat (10,7% az), digər xərcləri 6,857 milyon manat (11,7% çox), sair əməliyyat xərcləri isə 3,609 milyon manat (24,6% az) təşkil edib.

Son nəticədə "Bakı Metropoliteni" ötən ili 54,871 milyon manat xalis zərərlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 11,75% azdır. Bununla belə, qurumun yığılmış zərəri 14,8% artaraq 426,610 milyon manata çatıb.

Report