Bank VTB (Azərbaycan) rus dilinin xarici dil kimi tədrisi üzrə təlimə dəstək olub
İyun ayında Bakı Slavyan Universiteti, eləcə də «Teaching and Learning» mərkəzində A.İ.Hertsen adına Rusiya dövlət pedaqoji universitetinin müəllimləri rus dili müəllimlərinin ixtisas artırılması üzrə mühazirə və təlim keçirib. Dərslərin müddəti 120 saat təşkil edib – onlardan 60 saatı əyani, digər hissəsi isə onlayn rejimdə keçirilib.
“Azərbaycanda rus dili millətlərarası ünsiyyət dili hesab olunur. Təhsil müəssisələrində də ona böyük diqqət yetirilir – ölkənin bir çox məktəb və universitetlərində tədris rus dilində aparılır. Məhz buna görə rus dilinin xarici dil kimi tədrisi sahəsində müəllimlərə yüksəkixtisaslı metodoloji dəstək ideyası bu gün çox aktualdır. Təhsilə dəstək bank VTB (Azərbaycan)-ın sosial fəaliyyətində xüsusi yer tutur və biz şadıq ki, belə layihələrdə iştirak etməklə təhsil prosesinə töhfə vermiş oluruq” – deyə, bank VTB (Azərbaycan)-ın reklam, marketinq və xüsusi layihələr üzrə şöbə müdiri Nigar Kərimova bildirib.