Bankların təqdim etdiyi kart məhsulları arasında taksit kartları mühüm yer tutur. Bəs bu gün Azərbaycanda taksit kartları istehlakçılara hansı şərtlər təklif edirlər?
(Taksit kartı – bərpa olunan kredit xətti ilə müştərilərə pulsuz (bəzi hallarda ödənişli) təqdim edilən, müxtəlif üstünlüklərə malik kredit kartıdır.)
Bu gün Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-si taksit kartı təqdim edirlər. Belə ki, Expressbank – SmileCard, Bank of Baku – Bolkart, Unibank – Albalı Plus, Kapital Bank – Birkart, Yapı Kredi Bank – World Card, Bank Respublika – Pay Kart və Azərbaycan Sənaye Bankı – Extra Card taksit kartlarını müştərilərinə təklif edirlər.
Taksit kartların ortaq özəlliyi ondan ibarətdir ki, ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın istifadə müddəti ərzində müştəri tərəfindən dəfələrlə istifadə oluna bilər.
Bankların təqdim etdiyi taksit müddəti 60 aya qədəri əhatə edir.