USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycan Beynəlxalq Bankı"nın bütün maliyyə göstəriciləri artıb - HESABAT

24.07.2019 Bank
0 1
"Azərbaycan Beynəlxalq Bankı" 2019 -cu ilin ilk yarısına olan hesabatını açıqlayıb. Hesabata görə, bankın bütün göstəriciləri 2018-ci ilin ilk yarısı ilə müqayisədə artıb.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Azərbaycan Beynəlxalq Bankı"nın cəmi aktivləri 2018 -ci ilin eyni dövrü ilə müqayisədə 872 mln. manat artaraq 8 mlrd. 487 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri 590 mln. manat artaraq 7 mlrd. 17 mln. manata bərabər olub.

"Azərbaycan Beynəlxalq Bankı"nın cəmi kapitalı 2018-ci ilin ilk yarısında 281 mln. manat artaraq 1 mlrd. 469 min manata yüksəlib.

KREDİT VƏ DEPOZİT PORTFELİ KƏSKİN ARTIB

Bankın müştərilərinə verdiyi kreditlərin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 341 mln. manat artaraq 2 mlrd. 16 mln. manata çatıb. Bundan başqa bankda müştərilərin müddətli depoziti 1 mlrd. 799 mln. manat artaraq 4 mlrd. 624 mln. manata bərabər olub.

ƏMƏLLİYAT VƏ XALİS MƏNFƏƏTİ ARTIB

"Azərbaycan Beynəlxalq Bankı" 2019-cu ilin ikinci rübündə 171 mln. 434 min manat xalis faiz gəlirinə (ötən ilin eyni dövrü ilə müqayisədə 27 mln. 397 min manat çox), qeyri-faiz gəliri 64 mln. 763 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 12 mln. 274 min manat çox), qeyri-faiz xərci isə (ötən ilin eyni dövrü ilə müqayisədə 17 mln. 252 min manat çox) olub. Bunun nəticəsində bankın əməliyyat mənfəəti 164 mln. 43 min manat olub ki, bu da 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 22 mln. 419 min manat çoxdur.

Bankın xalis mənfəəti 70 mln. 548 min manat artaraq 300 mln. 340 min manata çatıb.

"Azərbaycan Beynəlxalq Bankı"nın məcmu kapitalı isə 527 mln. manat artaraq 1 mlrd. 288 milyon manata yüksəlib.