USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Premium Bank"ın xalis mənfəəti 2 dəfə azalıb - HESABAT

24.07.2019 Bank
0 0
"Premium Bank" 2019 -cu ilin ilk yarısına olan hesabatını açıqlayıb. Hesabata görə, bankın xalis mənfəəti 2 dəfə azalıb.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Premium Bank"ın cəmi aktivləri 2018 -ci ilin eyni dövrü ilə müqayisədə 49 mln. 582 min manat artaraq 648 mln. 760 min manata çatıb. Bundan başqa Bankın cəmi öhdəlikləri də 2018-ci ilin eyni dövrü ilə müqayisədə 55 mln. 142 min manat artaraq 523 mln. 599 min manata çatıb.

"Premium Bank"ın cəmi kapitalı 2018-ci ilin ilk yarısı ilə müqayisədə 5 mln. 560 min manat azalaraq 125 mln. 161 min manata enib.

KREDİT VƏ DEPOZİT PORTFELİ

Bankın müştərilərinə verdiyi kreditlərin həcmi bu ilin ilk yarısında 564 mln. 278 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29 mln. 455 min manat azdır. "Premium Bank"ın müştərilərdən yığdığı müddətli depozitlərinin həcmi 24 mln. 568 min manat yüksələrək 472 mln. 148 min manata bərabər olub.

ƏMƏLLİYAT VƏ XALİS MƏNFƏƏTİ

"Premium Bank"ın xalis faiz gəliri 12 mln. 168 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 2 mln. 240 min manat çox), qeyri-faiz gəlirir 10 mln. 77 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 69 min manat az), qeyri-faiz xərcləri 15 mln. 158 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 4 min manat çox) olub. Buna görə də bankın xalis əməliyyat mənfəəti 7 mln. 87 min manat olub ki, bu da 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 2 mln. 941 min manat çoxdur.

"Premium Bank"ın xalis mənfəəti 2018-ci ilin analoji dövrü ilə müqayisədə 4 mln. 403 min manat azalaraq 7 mln. 853 min manata düşüb.

"Premium Bank"ın məcmu kapitalı isə 4 mln. 585 min manat azalaraq 120 mln. 886 min manata enib.