USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Express Bank" mənfəət açıqladı - HESABAT

25.07.2019 Bank
0 1
"Express Bank" 2019-cu ilin ilk yarısına olan hesabatını açıqlayıb. Hesabata görə, bankın bir çox göstəricilərində kəskin azalma müşahidə olunub.

"Kommersant.az" bankın hesabatına əsasən xəbər verir ki, "Express Bank"ın cəmi aktivləri 91 mln. 491 min manat azalaraq 348 mln. 662 min manata düşüb. Budan başqa bankın cəmi öhdəlikləri 69 mln. 66 min manat azalaraq 225 mln. 934 min manata enib.

"Express Bank"ın cəmi kapitalı 22 mln. 424 min manata azalaraq 122 mln. 728 min manatadək azalıb.

KREDİT PORTFELİ ARTIB DEPOZİT PORTFELİ AZALIB

Bankın müştərilərə verdiyi kreditlərin həcmi 39 mln. 989 min manat artaraq 245 mln. 354 min manata yüksəlib. "Express Bank"da müştərilərin müddətli depozitlərinin həcmi 80 mln. 984 min manat azalaraq 180 mln. 366 min manata düşüb.

"Express Bank"ın faiz mənfəəti 13 mln. 779 min manat, əməliyyat mənfəət 2 mln. 449 min manat olub.

Bankın xalis mənfəəti 3 mln. 128 min manat olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2 mln. 136 min manata bərabər olub. Bundan başqa bankın məcmu kapitalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 22 mln. 406 min manat azalaraq 118 mln. 543 min manatadək düşüb.