"Günay Bank" 2019-cu ilin ilk yarısına olan hesabatını açıqlayıb. Hesabata görə bankın xalis mənfəəti 2018-ci ilin 2-ci rübü ilə müqayisədə artıb.
"Kommersant.az" bankın hesabatına istinadən xəbər verir ki, "Günay Bank"ın cəmi aktivləri 42 mln. 554 min manat azalaraq 224 mln. 249 min manatadək yüksəlib. Budnan başqa bankın cəmi öhdəlikləri 40 mln. 302 min manat artaraq 161 mln. 272 min manata çatıb.
"Günay Bank"ın cəmi kapitalı 2018-ci ilin ilk yarısı ilə müqayisədə 2 mln. 251 min manat artaraq 62 mln. 976 min manata bərabər olub.
KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB
"Günay Bank"ın müştərilərə verdiyi kreditlərin həcmi 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 3 mln. 852 min manat artaraq 151 mln. 586 min manata çatıb. Bununla yanaşı bankda müştərilərin müddətli depozitləri 6 mln. 528 min manat artaraq 93 mln. 426 min manata yüksəlib.
XALİS MƏNFƏƏTİ ARTIB
Bankın xalis faiz gəliri 846 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 1 mln. 344 min manat az), qeyri-faiz gəliri 3 mln. 608 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 1 mln. 222 min manat az), qeyri-faiz xərci 3 mln. 851 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 746 min manat çox) olub. Buna görə də bankın əməliyyat mənfəəti 603 min manat olub ki, bu da 2018-ci ilin alanoji dövrü ilə müqayisədə 3 mln. 313 min manat azdır.
"Günay Bank"ın xalis mənfəəti 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 136 min artaraq 752 min manat olub.
Bankın məcmu kapitalı 2 mln. 199 min manat artaraq 62 mln. 772 min manata yüksəlib.