USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

9%-dən çox gəlir gətirəcək istiqrazlar satışa çıxarılır - ŞƏRTLƏR

26.07.2019 Bank
0 0
Bu gün “Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin iclası keçirilib.

"Kommersant.az" BFB-yə istinadən xəbər verir ki, iclasda Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarının əsas bazar seqmentində listinqə qəbul olunması qərara alınıb.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası sözügedən istiqraz emissiyasını iyulun 16-da dövlət qeydiyyatına alıb. Emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd istiqrazın dövriyyəyə buraxılmasını nəzərdə tutur.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə gələn ay BFB-də yerləşdiriləcək. Onların tədüval müddəti 730 gün, illik gəlirliliyi 9,25% olacaq. Faizlər rübdə bir dəfə ödəniləcək.