"Xarici təcrübədə pul nişanları daha təhlükəsiz konteynerlərdə daşınır. Bundan başqa, onlar xüsusi rənglə nişanlanır və oğurlandıqda avtomatik yararsız olur".
"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) "Tədavülə yararsız milli pul nişanlarının əlamətlərinin müəyyən edilməsi, dəyişdirilməsi və pulların ekspertizası Qaydaları"nı şərh edən qurumun Nağd pul departamentinin direktoru Adışirin Qasımov deyib.
Onun sözlərinə görə, Azərbaycanda da oxşar təcrübə tətbiq olunacaq: "Bununla bağlı fəaliyyətimizi Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etmişik və bank sektorunun mövqeyini gözləyirik". (Report.az)