Bu barədə Xətai Rayon Polis İdarəsindən məlumat veriblər.
İş maskası geyinmiş iki naməlum kişi Babək prospekti, 76 saylı binada yerləşən lombarda girib.
Lombardın 1957-ci il təvəllüdlü sahibəsi Leyla Əliyeva iddia edir ki, cinayətkarların silahı olub.
Onlardan biri silahla qadının başına zərbə endirib. Quldurlar lombarddan 10 min manat və dəyəri 30 min manat olan qızıl məmulatları götürüblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) üzrə cinayət işi qaldırılıb. Şübhəlilərin saxlanılması istiqamətində iş aparılır.
Qəbul olmaq istəyən 7000-ə yaxın abituriyent ərizəsini təsdiq etmədi
Bu yolda hərəkət qaydaları dəyişdi - 60 manat, 3 bal cərimə