Bakı Fond Birjası banklardakı depozitlərini artırıb
0
0
“Bakı Fond Birjası” QSC banklardakı müddətli depozitlərini artırıb.
"Kommersant.Az"ın məlumatına görə, QSC-nin hesabatında bildirilir ki, 31 dekabr 2017-ci ildə müddətli depozitlər 3,225,184 manat təşkil edib (2016-cı il: 2,550,432 manat). Depozitlər 7.67% (2016-cı il: 6.12%) effektiv illik faiz dərəcəsi ilə yerləşdirilib.
31 dekabr 2017 və 2016-cı il tarixlərinə kredit təşkilatlarindan alınacaq məbləğlər üzrə maksimum kredit riski müvafiq olaraq 3,225,184 AZN və 2,550,432 AZN təşkil etmişdir.
31 dekabr 2017 və 2016-cı illər ərzində müddətli depozitlər üzrə müvafiq olaraq 152,051 AZN və 170,853 AZN faiz gəliri əldə edilmişdir.