Avqustun 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,93% – 26,202.73 bəndədək, S&P 0,82% – 2,924.43 bəndədək, Nasdaq isə 0,90% – 8,020.21 bəndədək yüksəlib.
"Kommersant.az" xəbər verir ki, Avropa fond bazarlarında avqustun 21-də FTSE 100 indeksi 1,11% – 7,203.97 bəndədək, Almaniya DAX-ı 1,30% – 11,802.85 bəndədək, Fransa CAC-40 isə 1,70% – 5,435.48 bəndədək enib. COMEX-də qızılın bir unsiyasının qiyməti 0,06% yüksələrək 1 507,9 dollara bərabər olub.
Avqustun 21-nə dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,0014% azalaraq 1,1083 dollar təşkil edib.