Avqustun 23-də Amerika fond bazarında Dow Jones indeksi 2,37% – 25,628.90 bəndədək, S&P 2,57% – 2,847.11 bəndədək, Nasdaq isə 3% – 7,751.77 bəndədək enib.
"Kommersant.az" xəbər verir ki, Avropa fond bazarlarında avqustun 23-də FTSE 100 indeksi 0,47% – 7,094.98 bəndədək, Almaniya DAX-ı 1,15% – 11,611.51 bəndədək, Fransa CAC-40 isə 1,14% – 5,326.87 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,62% artaraq 1 528,4 dollara bərabər olub.
Avqustun 23-nə dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,0055% artaraq 1,1135 dollar təşkil edib.