Banklardan bir neçəsi depozit qəbul etmir və 2015-ci ildən bü günə qədər dollar əmanətlərinin illik faiz dərəcə azalmaqda davam edir.
“Kommersant” xəbər verir ki, banklarda ABŞ dolları əmanətlərinin faiz dərəcəsi manat əmanətlərindən olduqca aşağıdır. Təbii ki, banklarda manat riskini gözə olaraq aşağı faiz dərəcəsi təklif edir. Belə olduğu halda müştərilər də riski gözə alaraq əmanətləri daha güvənilir şəkildə dollar olaraq banklara yerləşdirir.
Dollar əmanətlərinin ortalama olaraq faiz dərəcəsi 1,5% təşkil etsə də, dollar kreditərinin ortalama faiz dərəcəsi 14% təşkil edir.
Depozit qəbul etməyən banklar
Hazırda fəaliyyət də olan banklardan “Naxçıvan Bank”, “Melli İran Bankı”, “Pakistan Bankı” depozit qəbul etmir. Aldığımız rəsmi məlumatlara əsasən depozit qoyuluşunun bərpa olma vaxtı bəlli deyil.
“Dost qapısı” olan bankımız “Paşa bank” yalnız bankda hesabı olan şəxslərə 36 ay müddətinə minimal məbləğ 20 min dollar olmaq şərtilə depozit yerləşdirmək mümkündür.
“İnkasator maşına ehtiyac olacaq”
Əgər müştəri “Silk-Vey bank”-a depozit yerləşdirmək niyyətindədirsə bu məbləğ 500.000 dollardan çox olmalıdır. Bankdan verilən rəsmi məlumata əsasən dollar depozitlərini 12 aylıq müddətinə və 1,5% ilə qəbul edir.
Bankların dollar depoziti qoyuluşu üzrə bankların siyahısını təqdim edirik:
Sıra
Bankın adı
Müddət
Faiz dərəcəsi
Minimum məbləğ
1
AccessBank
6-36ay
1,5-7%
50 USD
2
AFB Bank
6-12ay
1-1,5%
1000 USD
3
AG Bank
6-24ay
1-1,5%
100 USD
4
AmrahBank
3-36ay
2-3%
50 USD
5
AtaBank
3-60ay
3%
500 USD
6
Azər-Türk Bank
24ay
0,4-0,5%
500 USD
7
Beynəlxalq Bank
12ay
1%
500 USD
8
Azərbaycan Sənayə Bankı
3-12ay
0,8%
100 USD
9
Bank Avrasiya
12-24ay
2,5-3%
1000 USD
10
Bank of Baku
12ay
3%
100 USD
11
Bank Respublika
12-24ay
1,5-2%
500 USD
12
Bank BTB
3-12ay
1-3%
100 USD
13
Bank VTB
6-12ay
0,4-1%
100 USD
14
Expressbank
12ay
1%
50 USD
15
Kapital Bank
12ay
0,01%
100 USD
16
Günay Bank
12ay
3%
500 USD
17
Muğan Bank
12ay
3%
1000 USD
18
Xalq Bank
12ay
0,5%
1000 USD
19
NBC Bank
12ay
3%
200 USD
20
Nikoil Bank
6-36ay
0,5-3%
100 USD
21
Rabitəbank
6-24ay
0,5-1,5%
200 USD
22
TuranBank
6-12ay
2-2,15%
100 USD
23
Unibank
12ay
0,6%
50 USD
24
YapıKredi Bank
6-36ay
0,25-0,5%
250 USD
25
Ziraat Bank
3-36ay
0,25-2,5%
1000 USD
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən dollar əmanətlərinin 3% qədər olan əmanətlər qorunur.