2017-ci ilin Aprel ayında Azərbaycanın bank sektorunun zərəri 1,2 milyon manat artıb.
"Kommersant.Az" Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 30 Mart 2018-ci il tarixində 55,9 milyon manat olmuş zərər 30 Aprel 2018-ci il tarixində 57,1 milyon manata yüksəlib.
Bank sektoru üzrə zərərin yaranmasınən əsas səbəbi VTB Bank (Azərbaycan)-ın ehtiyatlara ayırmaya görə 2018-ci ilin yanvar-mart dövrünü 247 milyon 412 min manat zərər ilə başa vurmasıdır. Bu böyük məbləğdə zərər mənfəətdə olan bankların xalis mənfəətlərini də silib.
2018-ci ilin yanvar-aprel dövründə bankların faiz gəlirləri 561,2 milyon manat, qeyri- faiz gəlirləri isə 159,3 milyon manat təşkil edib.