Ötən həftə ərzində (9-13 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
"Kommersant.az" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftənin 1,57 ABŞ dolları və ya 2,46% artaraq orta hesabla 65,29 dollara bərabər olub.
Həftə ərzində ən yüksək göstərici – 67,14 dollar – sentyabrın 10-da qeydə alınıb.