USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Növbəti depozit hərracı elan edildi - ŞƏRTLƏR

01.06.2018 Bank
0 0
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

"Kommersant.Az" xəbər verir ki, hərrac ilə 350 000 000 manat cəlb edilməsi nəzərdə tutulur. Hərrac 04 İyun 2018-ci il tarixində keçiriləcəkdir.

Müddət 14 gün, faiz dərəcəsi 8,01% – 10,99% aralığında müəyyən olunub.

Xəbər verdiyimiz kimi, 29.05.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 857,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi. Qeyd edək ki, Mərkəzi Bank 350 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdi.