Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
"Kommersant.az"-ın məlumatına görə, sentyabrın 16-da qızılın qiyməti sentyabrın 13-ü ilə müqayisədə 10,9735 manat artaraq 1 unsiya üçün 2557,3185 manat təşkil edib.
Gümüş 0,3036 manat ucuzlaşaraq 1 unsiya üçün 30,4011 manata bərabər olub.
Platinin qiyməti 6,8 manat artaraq 1620,78 manat, palladiumun qiyməti 4,5815 manat artaraq 2743,4175 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.