USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qızıl 5 dollar bahalaşıb

20.09.2019 Bank
0 0
Amerika fond bazarında "Dow Jones" indeksi 0,19% - 27 094,79 bəndədək azalıb, "S&P 500" dəyişməyərək 3 006,79 bənd olub, NASDAQ isə 0,07% - 8 182,88 bəndədək artıb.

"Kommersant.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,58% - 7 356,42 bəndədək, Almaniya DAX-ı 0,55% - 12 457,70 bəndədək, Fransa CAC-40-ı isə 0,68% - 5 659,08 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,40 dollar bahalaşaraq 1 511,60 dollara, gümüşün unsiyasının qiyməti isə 0,07 dollar artaraq 17,95 dollara satılıb.