0
0
Dünya kriptovalyuta bazarında uzun zamandan sonra kütləvi ucuzlaşma qeydə alınıb
"Kommersant.Az" xəbər verir ki, iyunun 2-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 52-si ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 46 dollar və ya 0,6% ucuzlaşaraq 7512 dollar olub.
Son bir həftə ərzində isə bitkoin 62 dollar və ya 0,8% bahalaşıb.
Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 3 dollar və ya 0,5% ucuzlaşaraq 578 dollar olub.
Son bir həftə ərzində isə Ethereum 12 dollar və ya 2% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Kyber Network-də(15,62%), ən çox ucuzlaşma isə Bytecoin-də(9,41%) müşahidə olunub.