"Moody's" beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini yenidən nəzərdən keçirməyə başlayıb.
"Kommersant.Az" xəbər verir ki, agentlik bunu ölkənin yaxın gələcəkdə makroiqtisadi siyasətinə dair qeyri-müəyyənliyin olması ilə izah edib.
Xatırladaq ki, bu il martın 8-də "Moody's" Türkiyənin kredit reytinqini "Ba1" səviyyəsindən "Ba2" səviyyəsinə endirmiş, reytinq üzrə proqnozunu isə "Mənfi"dən "Sabit"ə dəyişmişdi.