"Naxçıvan Bank" 3-cü rübə olan hesabatını açıqladı.
"Kommersant.az" bankın açıqladığı hesabata görə xəbər verir ki, "Naxçıvan Bank"ın cəmi aktivləri cari ilin 1-cü rübü ilə müqayisədə 17 mln. 409 min manat artaraq 209 mln. 361 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri 9 ay ərzində 13 mln. 697 min manat artaraq 236 mln. 303 min manata yüksəlib. "Naxçıvan Bank"ın cəmi kapitalı 2019-cu ilin 1-ci rübü ilə müqayisədə 5 mln. 350 min manat artaraq 83 mln. 57 min manat olub.
KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB
Bankın müştərilərinə verdiyi kredit cari ilin 1-ci rübü ilə müqayisədə 16 mln. 968 min manat artaraq 84 mln. 695 min manata bərabər olub. Bankda müştərilərin depozitləri 9 mln. 461 min manat artaraq 83 mln. 57 min manat olub. Bunlar da bankın xcəmi aktiv və cəmi öhdəliklərinin artmasına səbəb olub.
FAİZ GƏLİRLƏRİ ARTIB
"Naxçıvan Bank"ın xalis faiz gəliri 3 mln. 356 min manat artaraq 4 mln. 729 manata, qeyri-faiz gəliri 2 mln. 165 min manat artaraq 2 mln. 873 min manata, qeyri-faiz xərcləri isə 1mln. 902 min manata bərabər olub. Bu da bankın bu ilin 3-cü rübündə 4 mln. 762 min manat xalis əməliyyat mənfəəti əldə etməsinə səbəb olub.
Bankın xalis mənfəəti 3 mln. 287 min manat artaraq 4 mln. 404 min manata çatıb. Bundan başqa bankın məcmu kapitalı 3 mln. 527 min manat artaraq 76 mln. 916 min manata bərabər olub.