"Ziraat Bank" cari ilin 3-cü rübünı olan hesabatını açıqlayıb.
"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Ziraat Bank"ın cəmi aktivləri ötən ilin 3-cü rübü ilə müqayisədə 12 mln. 351 min manat artaraq 227 mln. 811 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri ötən ilin eyni dövrü ilə müqayisədə 9 mln. 103 min manat artaraq 156 mln. 942 min manata bərabər olub. "Naxçıvan Bank"ın cəmi kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 3 mln. 247 min manat artaraq 70 mln. 868 min manat olub.
Bankın müştərilərə verdiyi kreditlər 2018-ci ilin 3-cü rübü ilə müqayisədə 35 mln. 543 min manat artaraq 130 mln. 593 min manat çatıb. Bu da bankın cəmi aktivlərinin artmasına səbəb olub. Bundan başqa bankda müştərilərin depozitləri 7 mln. 596 min manat azalaraq 79 mln. 332 min manata enib.
XALİS ƏMƏLİYYAT MƏNFƏƏTİ
"Ziraat Bank"ın xalis faiz gəliri 720 min manat artaraq 7 mln. 145 min manat, qeyri-faiz gəlirləri 706 min manat azalaraq 2 mln. 761 min manat, qeyri-faiz xərcləri isə 433 min manat artaraq 5 mln. 968 min manat olub. Bu da bankın xalis əməliyyat mənfəəti 420 min manat azalaraq 3 mln. 938 min manat olub.
Bankın xalis mənfəəti 1 mln. 404 min manat artaraq 3 mln. 8 min manat, məcmu kapitalı isə 3 mln. 71 min manat artaraq 67 mln. 535 min manata bərabər olub.