Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun istefa verməsi ilə bağlı mətbuatda dezinformasiya yayılıb.
"Kommersant.az" xəbər verir ki, AMB sədrinin vəzifə müddətinin bitməsinə 2 ay vaxt qalıb. Belə ki, 2015-ci ildə yenidən 5 illik AMB sədri seçilən E.Rüstəmov 2020 -ci ildə Milli Məclis tərəfindən yenidən seçilməzsə, o zaman vəzifəsindən azad olunacaq.
Bundan başqa Azərbaycan manatının üzərində E.Rüstəmovun imzasının olması onun vəzifədən azad olunduqdan sonra Azərbaycanı milyon və hətta milyardlarla zərərə uğradacaq.