USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank sektorunun aktivləri 31 milyard manatı ötüb

24.10.2019 Bank
0 0
30 sentyabr 2019-cu il tarixinə Azərbaycanın bank sektorunun cəmi aktivləri 31 363,3 mln. manat, cəmi öhdəlikləri isə 26,674.8 mln. manat təşkil edib.

“Kommersant.az” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, sentyabr ayına sektorun aktivlərinin 44.2%-ni kredit portfeli təşkil edib. Cari ilin 9 ayı ərzində kredit portfeli 9.8% (1.2 mlrd. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13,872.1 mln. manat, portfelin 61.6%-ni biznes, 38.4%-ni isə istehlak kreditləri təşkil edib. Aktivlərin 46.4%-n xarici valyutada olan aktivlər, kredit portfelinin 34.8%-i xarici valyutada olan kreditlərdir.

2019-cu ilin sentyabr ayında fiziki şəxslərin əmanətləri 8,491.3 mln. manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 2.7% (221.6 mln. manat) artım deməkdir. Artım daha çox tələbli əmanətlər hesabına baş verib: ilin əvvəlindən tələbli əmanətlər 8.4% (235.0 mln. manat) artıb. Digər müsbət trend milli valyutada olan əmanətlərin 21.8% (665.3 mln. manat) artmasıdır. Xarici valyutada olan əmanətlər isə əksinə olaraq 8.5% (443.7 mln. manat) azalıb.

Hüquqi şəxslərin cəmi əmanətləri isə doqquz ay ərzində 12.2% (1,259.8 mln. manat) artaraq 11,571.3 mln. manata çatıb. Artım daha çox müddətli depozitlər hesabına baş verib: ilin əvvəlindən müddətli depozitlər 86.3% (1,250.9 mln. manat) artaraq 2,700.6 mln. manata çatıb.

Sektorun kapital mövqeyi qənaətbəxşdir. Belə ki, sentyabr ayına məcmu kapital 4,236.4 mln. manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 17.0% çoxdur. Balans kapitalı ilin əvvəlindən 15.1% artaraq 4,688.5 mln. manat olub.