USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank sektorunun xalis mənfəəti 3 dəfə artıb

24.10.2019 Bank
0 0
Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 522,7 milyon manat xalis mənfəət əldə edib.

"Kommersant.az” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,05 dəfə çoxdur.

9 ay ərzində bankların əməliyyat gəlirləri 1 935,1 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 15,1% çox), əməliyyat xərcləri 1 242,7 milyon manat (6% çox), xüsusi ehtiyatlara ayırmaları 135,7 milyon manat (56,75% az), digər gəlirləri 21,4 milyon manat (17,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 55,4 milyon manat (2,2 dəfə çox) təşkil edib. (Report.Az)