USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklar bir-birlərindən depozitlərini geri götürürlər

04.06.2018 Bank
3 0
2018-ci ilin aprel ayında Azərbaycan banklarında maliyyə institutlarının (banklar daxil) depozitləri azalıb.

"Kommersant" Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, Aprel ayında maliyyə institutları banklardakı depzozitlərini 284,6 milyon manat azaldıblar. Bu depozitlər 1 milyard 230,3 milyon manatdan 945,7 milyon manata düşüb.

Apreldə banklar, digər danklardakı depozitlərini (banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər) 456,6 milyon azaldıblar. Martın sonunda bankların digər banklara yatırdıqları depozitlər 7 milyard 756.6 milyon manat ikən, aprelin sonunda 7 milyard 300 milyon manata düşüb.

Apreldə banklar qiymətli kağızlara investisiyaları 544,1 milyon manat artıraraq 2 milyard 845.7 milyon manata qaldırıblar.

(mln manatla)

Aktivlər

31.03.2018

30.04.2018

1. Nağd vəsaitlər

1,307.3

1,194.3

2. Mərkəzi Bankda müxbir hesablar*

2,947.7

2,436.4

3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar)

1,389.2

1,363.7

4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər

7,756.6

7,300.0

5. Qiymətli kağızlar

2,301.6

2,845.7

6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər

227.1

234.0

6.1 xalis kreditlər

176.1

181.6

7. Müştərilərə verilən kreditlər

11,249.6

11,422.6

7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat

1,654.0

1,661.8

7.2 Xalis kreditlər

9,595.5

9,760.8

8. Əsas vəsaitlər

855.0

863.5

9. Qeyri-maddi aktivlər

127.5

131.5

10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla)

1,450.9

1,573.9

11. Cəmi aktivlər

27,907.4

27,651.4

Öhdəliklər

31.03.2018

30.04.2018

1. Depozitlər (maliyyə institutları istisna olmaqla)

16,717.1

16,958.1

1.1 Fiziki şəxslərin depoziti

7,580.0

7,813.5

1.1.1 müddətli

5,329.5

5,407.6

1.1.2 tələbli

2,250.6

2,405.9

1.2 Hüquqi şəxslərin depoziti**

9,137.0

9,144.6

1.2.1 müddətli

1,796.7

1,762.9

1.2.2 tələbli***, o cümlədən

7,340.3

7,381.7

- sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri

77.2

67.9

2. Mərkəzi Bankın banklara qarşı tələbləri

499.0

457.5

3. Loro hesablar

211.5

440.5

4. Maliyyə institutlarının depozitləri

1,230.3

945.7

5. Bankların kreditləri

90.8

85.7

6. Digər maliyyə institutlarının kreditləri

1,899.9

1,903.9

7. Banklar tərəfindən buraxılmış qiymətli kağızlar

1,851.8

1,851.5

8. Digər passivlər****

1,536.9

1,136.8

9. Cəmi öhdəliklər

24,037.3

23,779.7

KAPİTAL

31.03.2018

30.04.2018

10. Xüsusi kapital

3,633.7

3,632.6

11. Ümumi ehtiyatlar

236.4

239.1

12. Cəmi kapital

3,870.1

3,871.7

13. Cəmi öhdəliklər və kapital

27,907.4

27,651.4

Qeyd: Prudensial hesabatlılıq metodologiyası əsasında hazırlanmışdır. Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri hüquqi şəxslərin depozitlərində əks olunmuşdur.

* Mərkəzi Bankdan cəlb olunmuş kreditlər üzrə girov qismində iştirak edən bloklaşdırılmış xarici valyutada vəsaitlər daxil olmaqla

** Mərkəzi idarəetmə və bələdiyyə idarəetmə orqanlarının depozitləri daxil olmadan, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla

*** Qeyri-bank maliyyə institutlarının cari hesabları daxil olmaqla

**** Fiziki şəxslərin subordinasiya xarakterli depozitləri nəzərə alınmaqla