Azərbaycanda fəaliyyət göstərən bankların hesabatına görə, ən çox və ən az cəmi aktivə sahib olan banklar məlum olub.
"Kommersant.az" xəbər verir ki, dövlət bankı "Azərbaycan Beynəlxalq Bankı" ən yüksək cəmi aktivə sahib olan bank olub. Belə ki, ABB 9 mlrd. 321 mln. 336 min manatlıq cəmi aktivlə siyahıya liderlik edir. 10 mln. 425 min manatlıq cəmi aktivlə siyahıda axrıncı sırada qərarlaşan isə "Pakistan Milli Bankı"nın Bakı filialı olub.