USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AccessBank-dan ədliyyə işçilərinə xüsusi təklif!

05.11.2019 Bank
0 0
Ədliyyə sahəsində çalışırsınız? O zaman peşə bayramınızla əlaqədar ilk təbriki və hədiyyəni AccessBank-dan alın!

"Kommersant.az" xəbər verir ki, AccessBank 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı münasibətilə nağd pul krediti kampaniyası keçirir.

Noyabrın sonunadək ədliyyə sahəsində çalışan şəxslər AccessBank-a müraciət edərək 15000 manatadək nağd pul kreditlərini 1% endirimlə, zaminsiz və komissiyasız əldə edə bilərlər. Kreditin maksimal məbləği 20000 manat təşkil edir.

Faydalı təkliflərimizdən yararlanmaq üçün siz də AccessBank-a müraciət edin!

Ətraflı məlumatı Bankın rəsmi saytından, Facebook və Instagram səhifələrindən, eləcə də 151 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.