Azərbaycan bankları cari ilin 3-cü rübünə olan hesabatlarını açıqlayıb.
"Kommersant.az" xəbər verir ki, bankların açıqladığı hesabatlara görə cari ilin 3-cü rübündə ən yüksək cəmi kapitala dövlət bankı "Azərbaycan Beynəlxalq Bankı" (ABB) olub. Belə ki, ABB 1 milyard 491 milyonluq cəmi kapitalla rəqiblərini üstələyərək bazara liderlik edir.