12 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
"Kommersant.az" xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü
Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu
AZ0105021759
Emissiya həcmi
10 000 000 AZN
Nominal dəyəri
100 AZN
İstiqrazların tədavül müddəti
728 gün
Faiz ödənişləri (olduqda)
12 may 2020-ci il, 10 noyabr 2020-ci il, 11 may 2021-ci il, 09 noyabr 2021-ci il
Faiz gəliri
7.5 %
Ödəmə tarixi
09.11.2021
Anderrayter
Paşa Kapital İŞ
QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.