Bank VTB (Azərbaycan)-ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
0
0
23 dekabr 2019-cu il tarixində Bank VTB (Azərbaycan)-nın səhmdarlarının növbədənkənar ümumi yiğincaği keçiriləcək. Tədbir bankın baş ofisində, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq.
"Kommersant.az" xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
- Bankın Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının katibinin seçilməsi
- Müşahidə şurasının tərkibi
- Banka aidiyyəti olan şəxs ilə bağlanan əqd.
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti