USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda da bankı "UniCredit"in "Societe General" ilə birləşəcəyi bildirilir

04.06.2018 Bank
0 2
İtaliyanın aparıcı bankı "UniCredit SpA", Fransanın ən böyük ikinci bankı "Societe General" ilə birləşməyi nəzərdən keçirir.

"Kommersant" xəbər verir ki, mənbələr, əvvəl "SocGen"də çalışmış "Unicredit"in İcraçı direktoru Jean Pierre Mustier-in bu fikri bir neçə aydır ortaya atdığını bildiriblər. "Societe General"ın direktorları da iki bankın birləşməyə ehtimalını öyrənməkdə olduqlarını bildiriblər.


Xəbərə görə, sözügedən birləşməyə dair danışıqlar, hələ erkən mərhələdədir. Bir tərəfdən, İtaliyadakı siyasi qarışıqlıq çətinlik yarada bilər. "Financial Times"da yer alan xəbərdə qeyd edilib ki, İtaliya siyasətində baş verən qarışıqlıq müqavilənin potensial tarixini nəzərdə tutulduğundan 18 ay irəli çəkib.

Qeyd edək ki, "UniCredit SpA" dolayı yolla "Yapı Kredi Bank Azərbaycan"ın səhmdarıdır. Belə ki, "Yapı Kredi Bank Azərbaycan", Türkiyənin "Yapı Kredi" bankının törəməsidir. "Yapı Kredi"nin ana səhmdarları "UniCredit" (İtalya) və "Koç Holding"dir (Türkiyə).