İl ərzində müxtəlif kampaniyalar həyata keçirərək müştəri cəlb edən bankların müştərilərə verdikləri kredit və lizinqlərin renkinqi hazır olub.
"Kommersant.az" bankların açıqladığı hesabata əsasən xəbər verir ki, 3-cü rübün yekununda kredit bazarına "Azərbaycan Beynəlxalq Bankı" (ABB) liderlik edib. Belə ki, "ABB" 3-cü rübün yekununda müştərilərinə 1 milyard 994 milyon 816 min manatlıq kredit verib. Siyahıda axrıncı yerdə isə "Melli İran Bankının (Bakı filialı)" qərarlaşıb. Bank, 3-cü rübün yekununda 4 milyon 246 min manat kredit verə bilib.
Qeyd edək ki, 2-ci rübün yekununda da sözügedən siyahıya "ABB" liderlik etmişdi.