Azərbaycanda fəaliyyət göstərən bankların açıqladığı hesabata əsasən ən çox və ən az depozitə sahib olan bankların siyahısı bəlli olub.
"Kommersant.az" xəbər verir ki, hesabatlara görə 2019-cu ilin 3-cü rübündə "Azərbaycan Beynəlxalq Bankı" 5 milyard 461 milyon 197 min manatlıq depozitlə siyahıda birinci pillədə qərarlaşıb. Ən az depozitə isə Melli İran Bankının (Bakı filialı) sahib olub (5 milyon 236 min manat).
Qeyd edək ki, cari ilin ilk yarısında ən çox depozitə dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bankı" (ABB) sahib olub. Belə ki, ABB-də müştərilərin depozitləri 4 milyard 625 milyon 104 min manata bərabər olub.