USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın ÜDM-dən çox valyuta ehtiyatları var

04.06.2018 Bank
0 0
2017-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 41 milyard 141,1 milyon dollar və ya ÜDM-nin 100,9%-ni təşkil edib. Bu barədə Hesablama Palatasının məlumatında deyilir.

"Kommersant" xəbər verir ki, "2017-ci ilin sonuna Azərbaycanın valyuta ehtiyatları 41 milyard 141,1 milyon dollar o cümlədən Dövlət Neft Fondunun aktivləri 35 milyard 806,5 milyon dollar, Mərkəzi Bankın ehtiyatları 5 mmilyard 334,6 mmilyon dollar təşkil edib. Bütövlükdə ölkənin valyuta ehtiyatları ötən il üçün ÜDM-nin 100,9%-nə ekvivalentdir", - deyə məlumatda bildirilir.

Azərbaycanın valyuta ehtiyatları 2017-ci ilin sonuna ölkənin xarici borcundan 2,9 dəfə çoxdur.

2017-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) əvvəlki illə müqayisədə 0,1 faiz artaraq 70 milyard 135,1 milyon manata çatmışdır. 41 milyard 141,1 milyon dollar təxminən 69,9 milyard manat edir.