Azərbaycanda fəaliyyət göstərən 30 bank 2019-ci ilin 3-cü rübünə olan hesabatlarını açıqlayıb.
"Kommersant.az" xəbər verir ki, "Azərbaycan Beynəlxalq Bankı" (ABB) 1 milyard 310 milyon 418 min manatlıq məcmu kapitalla cari ilin 3-cü rübündə bazara liderlik edib.
Qeyd edək ki, ötən rüb də ən çox məcmu kapitala ABB sahib olub. Belə ki, dövlət bankı cari ilin ikinci rübündə 1 mlrd.288 mln. 556 min manatlıq məmcu kapitalla bazara liderlik edib.