USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan əhalisi nağd avro alışını azaldıb

03.12.2019 Bank
0 0
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 487 024,5 min avro təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən 68 198,3 min avro və ya 12,3% azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, cari ilin oktyabr ayında ölkə əhalisi tərəfindən 58 955,8 min avro alınıb. Bu isə oktyabr ayına nisbətən 19 792 min avro və ya 50,5% çox, cari ilin yanvar ayına nisbətən isə 452 min avro və ya 0,8% azdır. Ötən ay əhali tərəfindən avro alışı 2018-ci ilin analoji ayı ilə müqayisədə 17 702,8 min avro və ya 23,1% azalıb.

Bundan başqa, yanvar-oktyabrda ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 176 218,5 min avro təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 20 821,9 min avro və ya 10,6% azdır.