Mir Camal Paşayev “PAŞA Bank”ın Gürcüstandakı törəmə şirkəti “PASHA Bank Georgia”nın Müşahidə Şurasını tərk edib.
Onu bu vəzifədə Şahin Məmmədov əvəz edib.
"Kommersant" xəbər verir ki, bundan başqa, bankın bir sıra komitələrində dəyişikliklər baş verib. Büdcə komitəsini Turxan Mahmudov, Xəyalə Nağıyeva və Murad Əhmədov tərk edib. Onları Elman Eminov, Ülviyyə Abbasova və Vüqar Axundov əvəz edib.
Kadrlar və mükafatlandırma üzrə komitənin sədri vəzifəsində Mir Camal Paşayevi Fərid Məmmədov əvəz edib.
Risklərin idarə olunması komitəsini sədri vəzifəsində Cəlal Qasımov Xəyalə Nağıyevanı əvəz edib, həmin komitəyə Elman Eminov və Kəmalə Nuriyevanın yerinə Fərid Məmmədov və Ruslan Məmmədov daxil olub.