USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Rabitəbank”dan “AFB Bank”a transfer olub

10.12.2019 Bank
0 0
“AFB Bank” ASC daha bir təcrübəli kadrı öz sıralarına qatıb.

"Kommersant.az" xəbər verir ki, Hafiz İbrahimovFilialların idarəedilməsi departamentinə direktor təyin edilib. O, artıq vəzifəsinin icrasına bu aydan başlayıb.

Hafiz İbrahimov buna qədər yenicə restaylinqdən çıxmış “Rabitəbank” ASC-də Keyfiyyətə nəzarət departamentinin direktoru vəzifəsində çalışırdı. O bu vəzifəyə isə həmin departamentin direktoru müavinindən direktorluğa iki ay idi ki yüksəlmişdi.

Bundan əlavə H.İbrahimov ləğv olunan “Bank Standard” QSC və İpoteka və Kredit Zəmanəti Fondunda çalışıb.

AFB Bank-da artıq bir neçə aylardır ki, səhmdarları dəyişəndən sonra İdarə Heyəti və bir neçə departamentində mühüm dəyişiklər baş verib.

Bank daha çox ölkədə fəaliyyət göstərən banklardan təcrübəli işçiləri öz sırasına qatır.

Banker.az