Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarına yenidən müraciət edib
Fonddan "Kommersant" a verilən məlumata görə, bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apelyasiya Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr 13 iyun 2018-ci il saat 16:00-da davam etdiriləcək.
"Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərinə etiraz edilmiş kreditorlardan tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir", - deyə məlumatda vurğulanıb.