Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) aviabiletlərə endirim kampaniyası elan edib.
"Kommersant.az" xəbər verir ki, Azərbaycan Hava Yolları" QSC-dən daxil olmuş məlumatda bildirilir ki, aviabiletlərin 16 yanvar 2020-ci il tarixindən öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq:
- Bakı-Antalya-Bakı - 169 avro
- Bakı-İstanbul-Bakı - 179 avro
- Bakı-Ankara-Bakı - 189 avro
- Bakı-Almatı-Bakı - 189 avro
- Bakı-Tel-Əviv-Bakı - 229 avro
- Bakı-Berlin-Bakı - 269 avro
- Bakı-Paris-Bakı - 299 avro, yanvarın 29-dək reyslər
- Bakı-Milan-Bakı - 289 avro
- Bakı-London-Bakı - 389 avro
Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir.
Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir.
Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.
Uçuşlar 2020-ci il 15 yanvar - 29 fevral tarixləri aralığında həyata keçiriləcək. Endirimlə əldə olunmuş biletlər geri qaytarılmır və dəyişdirilmir.