0
0
Dünya kriptovalyuta bazarında uzun zamandan sonra yenidən kütləvi ucuzlaşma qeydə alınıb
"Kommersant" xəbər verir ki, iyunun 5-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 95-i ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 289 dollar və ya 3,7% ucuzlaşaraq 7422 dollar olub.
Son bir həftə ərzində isə bitkoin 275 dollar və ya 3,8% bahalaşıb.
Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 38 dollar və ya 6,1% ucuzlaşaraq 581 dollar olub.
Son bir həftə ərzində isə Ethereum 53 dollar və ya 10% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma DigixDAO-də(14,70%), ən çox ucuzlaşma isə Bitcoin Private-də(14,83%) müşahidə olunub.