Dollar gələn il ucuzlaşacaq, rubl və lirə isə - MÖHKƏMLƏNƏCƏK - PROQNOZ
"Kommersant.az" xəbər verir ki, bu barədə Rusiyanın "Finam" investisiya holdinqinin prezidenti Vladislav Koçetkov deyib. Onun fikrincə, rus rublu və türk lirəsi 2020-ci ildə bahalaşacaq.
"Bu ilin sonlarında müşahidə rublun möhkəmlənməsini müşahidə etdik. Bu gələn il də davam edə bilər. Rusiya büdcəsində profisit və yeni sanksiyaların gündəmdə yoxluğu buna təkan verəcək. Türkiyə iqtisadiyyatı 2019-cu ildə 0,3% geriləməli olsa da, əksinə 0,3% artıb. Lirənin ucuzlaşmasına görə Türkiyə mallarının xarici bazarda rəqabətədavamlılığının artması və hökumətin iqtisadi islahatları 2020-ci ildəı lirənin möhkəmlənməsinə yol açacaq"- deyə Koçetkov söyləyib.
Onun fikrincə, 2020-ci ildə Federal Rezerv Sistemi iqtisadi artımı sürətləndirmək üçün yumşaq pul-kredit siyasəti aparacaq və dollar ucuzlaşcaq.
Modern