USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xarici investisiya bankları 2020-ci ildə dolların zəifləməsini proqnozlaşdırıblar

19.12.2019 Bank
0 0
Bir neçə xarici investisiya bankı 2020-ci ildə dolların enişini proqnozlaşdırıblar. Bu haqda “Financial Time” yazır.

Nəşr "Deutsche Bank", "Goldman Sachs", "Bank of New York Mellon", "Citigroup", həmçinin "BlackRock" investisiya şirkətinin analitiklərinin proqnozlarına istinad edir.

Səbəb kimi qlobal iqtisadiyyatın artım tempinin yavaşlaması riski, investorların riskli aktivlərə olan marağı və FED-in faiz dərəcələrini eyni səviyyədə qalacağı (və ya daha da azaltması) ilə bağlı narahatlıqlar göstərilir.

Analitiklərin rəyinə əsasən, gələn ilin sonuna qədər avro məzənnəsi 1,16 dollar təşkil edəcək.

Eyni zamanda, "JPMorgan Chase" investisiya bankının işçiləri qeyd edirlər ki, 2020-ci ildə qlobal iqtisadiyyat ABŞ artımının yavaşlaması səbəbindən çətinliklərlə üzləşə bilər. Bu təşkilatın analitikləri 2020-ci ildə dolların 1,14 səviyyəsinə qədər azalacağını proqnozlaşdırırlar.

Onlar gələcəkdə cəlbedici valyutalar sırasına Kanada və Yeni Zelandiya dolları ilə yanaşı funt sterlinqi daxil ediblər.