Gələn ildən bankın filial və ofislərində yeniliklər olacaq.
“Kommersant.az” xəbər verir ki, bunu "VTB Azərbaycan"-ın rəhbəri Yevgeni Kirin bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, layihənin əsas məqsədi ofis və filialların funksionallığını artırmaqdır. Bank rəhbəri sözügedən dövrdə bir çox məsələlərdə, o cümlədən bankomatların işinin səmərəliliyinin daha da artırılması üçün də bir sıra işlərin görüldüyünü vurğulayıb:
” 9 ayın nəticələrini qənaətbəxş hesab edə bilərik. Rəqəmsal bankçılığın inkişafı üçün addımlarımızı davam etdirəcəyik. Bundan əlavə bank olaraq bəzi investisiya layihələrində də iştirak etmişik. Telekomunikasiya şirkətlərindən birinin 4 G sisteminin təkmilləşdirilməsinə investisiya yatırmışıq. Hələkişirkətin adını açıqlamaq üçün tezdir”.