Azərbaycanın aparıcı banklarından olan «AGBank» «Microsoft» şirkəinin proqram təminatının lisenziyasına uyğunluq auditindən uğurla keçib.
"Kommersant.az" xəbər verir ki, dünyaca məşhur «Microsoft» şirkəti «AGBank»-da İT-infrastruktur üzrə audit yoxlamasını başa vurub. Yoxlama əcnəbi şirkətin mütəxəssisləri ilə yanaşı bankın yerli mütəxəssisləri ilə birlikdə aparılıb.
Nəticələr bankın beynəlxalq standartlara cavab verdiyini sübut edib. «Microsoft»un tələblərindən əhəmiyyətli yayınma aşkarlanmayıb, kiçik qüsurlar isə aradan qaldırılıb.
İdarə sisteminin və proqram təminatının yoxlanılmasından sonra «Microsoft» bankın proqram təminatı və kiber təhklükəsizlik səviyyəsinin beynəlxalq standartlara tam uyğun olduğu təsdiq edilib.
Şirkət nümayəndələri bankın rəhbərliyinə yüksək peşəkarlığa, hərtərəfli və effektiv bank proqram aktivlərindən istifadə etdiyi üçün minnətdarlığını bildirib.
Bu gün dünyada rəqəmsallaşdırma proseslərinin sürətli genişlənməsi müşahidə olunur. Məhz buna görə «AGBank» öz proseslərini avtomatlaşdırır. Artıq bank əməliyyatlarının əksər hissəsi avtomatlaşdırıb, onlayn bankçılıq inkişaf etdirilib və müştərilərə geniş çeşiddə onlayn xidmətlər təqdim edilir.
«Microsoft» lisenziyalı proqram təminatından istifadənin vacibliyini vurğulayıb və pirat proqram təminatı ilə işləyən maliyyə şirkətlərinin yaratdığı risklər barədə xəbərdarlıq edib.
Kiber cinayətkarlığın və yüksək texnoloji fırıldaqçılığın qarşısının alınması və araşdırılması sahəsində aparıcı mütəxəssislər olan «IB–Group» tərəfindən edilən araşdırma göstərir ki, banklara qarşı kiberhücumlar hər il daha mürəkkəbləşir və köhnəlmiş, saxta proqram təminatı zəiflik mənbəyidir.
Kiber silahların əsas daşıyıcıları kimi pirat proqramlar çıxış edir. «Windows»un ölkədə ən çox yayılan pirat versiyasında 63 çatışmamazlığın olduğu saxta Office proqramlarından isə «Gartner» spamlarının göndərilməsində istifadə edilir.