“Dəmirbank”ın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apellasiya Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz olunmuş tələblərə dair dinləmələr iyunun 13-də saat 16.00-da davam etdiriləcək.
"Kommersant"ın verdiyi xəbərə görə, ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kreditorlara xəbərdarlıq edib.
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərinə etiraz edilmiş kreditorlarından tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir. (Bakı Apellasiya Məhkəməsi, Bakı şəhəri, Zahid Xəlilov küç., 540-cı məhəllə.Telefon: (99412) 538-16-08, 538-19-02Faks: (99412) 510-53-48)